Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, bu gün Azərbaycan millisinin daha iki idmançısı mübarizəyə qoşulacaq.
Dünya çempionatı
Kişilər
90 kq
Vüqar Talıbov 1/32 finalda Luka Maysuradze (Gürcüstan) ilə güləşəcək.
İlk mərhələdən azad olan Elcan Hacıyev 1/16 finalda Nurbek Murtuzoyev (Özbəkistan) - Remi Feullet (Mavriki) cütünün qalibini gözləyir.
Qeyd edək ki, mundailda yığmamızın heyətində hələlik Zelim Tçkayev (81 kq) bürünc medal qazanıb.
İdman.biz