AZ

Xəstəxana tenderini bu dəfə də “BT Texno Servis” qazandı

Salyan Rayon Mərkəzi Xəstəxanası bu ilin tender prosedurlarına yenidən start verərək tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərini “BT Texno Servis” MMC-yə həvalə edib. AzPost bildirir ki, qarşıdakı 12 ay üçün nəzərdə tutulan müqavilə 116 000 AZN dəyərinə bağlanıb.

Şirkət 2025-ci il ərzində Azərbaycanda dövlət tibb müəssisələrində bu tip xidmətlər üzrə əsas kontraktları təmin edib.

Qeyd edək ki, bu il fevral ayında Salyan Rayon Mərkəzi Xəstəxanası tibbi tullantı xidməti üçün 135 630 AZN dəyərində tender elan etmişdi. Lakin tender Antiinhisar Dövlət Xidməti tərəfindən satınalmanın maliyyələşdirilməməsi səbəbindən ləğv edildi.

Hazırda tenderin qalibi olan “BT Texno Servis” MMC 2006-cı ildən tibbi tullantıların toplanması, daşınması və utilizasiyası üzrə lisenziyalı xidmət göstərir. Cari ilin ilk yarısında bu şirkət Sabunçu, Şirvan, Neftçilər, Xəzər, Şamaxı, Cəlilabad, Qobustan və Nərimanov xəstəxanalarında ümumilikdə 23-dən çox tenderin qalibi olub. Ən böyük müqavilələrin dəyəri aşağıdakı kimidir:

  • Sabunçu Tibb Mərkəzi – 337 294 AZN

  • Şirvan Şəhər Xəstəxanası – 219 669 AZN

  • Mərkəzi Neftçilər Xəstəxanası – 152 698 AZN .

Xatırladaq ki, rəsmi Vergi Xidməti reyestr məlumatlarına görə, “BT Texno Servis” MMC 2006-cı il ərzində qeydiyyatdan keçib, ilk qurucuları içərisində Babayev Nəsrulla, daha sonra Zabit Məmmədov, sonradan Rahim Ağayev olub. Hazırda qanuni təmsilçi Kamran Bağırovdur, nizamnamə kapitalı isə cəmi 10 manatdır.

AzPost.az

Seçilən
2
2
azpost.info

3Mənbələr