Magistraturaya qəbul imtahanları artıq başa çatıb. İndi isə bakalavrları qarşıda duran ən vacib mərhələ ixtisas seçimi gözləyir.
Maraqlıdır, bu il magistratura üzrə daha çox hansı ixtisasa tələbat artacaq?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən UNEC Biznes Məktəbinin direktor müavini Vüsal Kərimli qeyd edib ki, ilbəil bakalavr və magistratura pilləsinə qəbul sayı artır:
“Azərbaycan əhalisinin savadlılığının və ali təhsilə əlçatanlığın daha çox olması istiqamətində mühüm işlər görülür. Xüsusilə son illərdə magistratura səviyyəsində MBA ixtisası üzrə daha çox tələbə müraciət edir. Bəzən tələbələr bakalavr və ya magistr pilləsində bu və ya digər səbəblərdən düzgün ixtisas seçə bilmirlər.
Düşünürəm ki, bu gün də magistraturada MBA-ya daha çox müraciət olacaq. Çünki MBA həqiqətən də tələbəni real iş dünyasına hazırlaya bilir və onların bu sahə üzrə inkişaf etdirir.
Dünyada birmənalı olaraq təhsil almaqla bağlı tendensiya var. Məsələn, müəyyən səbəblərdən dolayı tələbənin qəbul ola bilməyibsə, ona müəyyən işlər verilir. Bu da öz növbəsində tələbələri işə cəlb edilməsində mühüm rol oynayır”.