AZ

Bu ölkənin 80% i səhralaşmaq təhlükəsi ilə üz üzədir

Azpost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Monqolustanda iqlim dəyişikliyi və heyvandarlığın sürətlə artması ölkə torpaqlarının ciddi şəkildə deqradasiyaya uğramasına səbəb olub. AzPost xəbər verir ki, Monqolustan Elmlər Akademiyasının Coğrafiya və Geoekologiya İnstitutunun direktoru Avirmediin Daştseren bu barədə Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Gününə həsr olunmuş tədbirdə məlumat verib.

Alimin sözlərinə görə, ölkə ərazisinin 77%-də torpaqlar artıq səhralaşma mərhələsinə qədəm qoyub. Son 60 ildə Monqolustanda temperaturun artım tempi dünya ortalamasından üç dəfə yüksək olub. Eyni zamanda, sosializm dövründən bəri mal-qaranın sayında təxminən üçqat artım qeydə alınıb ki, bu da ekosistemə ən böyük təsir göstərən faktorlardan biridir.

Ekspert əlavə edib ki, yol tikintisi və mədən işləri də ətraf mühitə əlavə zərbə vurur. Hazırda Monqolustanın iqtisadiyyatının böyük hissəsi kömür, qızıl, mis, uran və gümüş kimi faydalı qazıntıların ixracından asılıdır.

Qeyd edək ki, Monqolustan qədimdən köçəri maldarlıq ənənəsini qoruyub saxlayan nadir ölkələrdəndir. Rəsmi rəqəmlərə əsasən, 2024-cü ilin sonunda ölkədə 57,6 milyon baş mal-qara olub. Proqnozlara görə, 2025-ci ilin payızına qədər bu rəqəm 80,6 milyona çatacaq.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
azpost.info

2Mənbələr