İsrail Müdafiə Ordusu (SAXAL) İrandan yeni raket atıldığını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bəyanat İsrail ordusunun “Telegram” kanalında dərc olunub.
“İsrail Müdafiə Ordusu raketləri aşkar edib. Müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün çalışır”, – məlumatda bildirilib.
Bundan əvvəl İranın İsrailin Nevatim aviabazasına qanadlı raketlə hücum etdiyi məlum olub. İran silahlı qüvvələrinin İsrailin ərazisində hərbi və tədqiqat bazalarının yerləşdiyi Negev səhrasını da vurduğu iddia edilir.//oxu.az