
İyunun 17-nə keçən gecə Rusiya ordusu Kiyevə genişmiqyaslı zərbələr endirib.
“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, yaşayış binasının vurulması nəticəsində 14 nəfər həlak olub, daha 55 nəfər isə yaralanıb.
Hazırda dağıntılar altında axtarışlar davam etdirilir.
Kiyevin meri Vitaliy Kliçkonun sözlərinə görə, hücum nəticəsində 40-dan çox mənzil dağılıb.