AZ

Böyük Britaniya diplomatların ailələrini İsraildən çıxarır

Britaniya İranın İsrailə raket hücumlarından sonra ehtiyat tədbiri olaraq Tel-Əviv səfirliyi və Qüds konsulluğunda çalışan işçilərin ailələrini təxliyə etdiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

İranın İsrailin hücumlarına raket və pilotsuz təyyarələrlə cavab verməsindən sonra Böyük Britaniya Xarici İşlər Nazirliyi İsrail və işğal olunmuş Fələstin əraziləri üçün səyahət xəbərdarlığını yeniləyib.

"Böyük Britaniyanın Təl-Əvivdəki səfirliyi və Qüdsdəki Britaniya konsulluğunun əməkdaşlarının ailələri ehtiyat tədbiri olaraq ölkədən müvəqqəti təxliyə edilib. Səfirlik və konsulluq öz əsas vəzifələrini yerinə yetirməkdə davam edir", - məlumatda deyilir.

Seçilən
7
operativmm.az

1Mənbələr