"Olaylar" xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.
Məlumata görə, söhbət ABŞ Hərbi Hava Qüvvələrinin onlarla hava tankerindən gedir.
Nəşr qeyd edir ki, tanker təyyarələri keçən həftə sonu Amerika bazalarını tərk edərək Avropaya göndərilib.
Mənbə ABŞ təyyarələrinin yerləşdirilməsinin Yaxın Şərqdəki istənilən əməliyyatları dəstəkləmək məqsədi daşıdığını vurğulayıb. Oxşar məlumatı "Fox News" da yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31