AZ

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar elan etmək niyyətindədir

Böyük Britaniyanın baş naziri Keir Starmer Ukraynada atəşkəsə Moskvanın razılığını almaq üçün Rusiyaya qarşı yeni sanksiyalar elan etmək niyyətindədir.

Bu barədə mənbəyə istinadən “Sky News” telekanalı məlumat yayıb. Onun sözlərinə görə, Starmer elan edəcək ki, Britaniya hakimiyyəti “Rusiya tam, qeyd-şərtsiz atəşkəsə hazır olana və ədalətli və davamlı sülhə nail olmaq üçün çalışmaqda ciddi olduğunu nümayiş etdirənə qədər təzyiqləri artırmağa davam edəcək”.

Telekanalın məlumatına görə, Keir Starmer Rusiyanın bütün üstünlüklərə malik olmadığını deyəcək və iqtisadi təzyiqi artırmaq üçün müttəfiqləri “andan istifadə etməyə” çağıracaq. Londonun fikrincə, bu cür addımlar Moskvaya göstərməlidir ki, Ukraynada sülh axtarışına ciddi yanaşmaq onun xeyrinədir.
“Sky News” yeni sanksiyalar paketinin tam olaraq nə vaxt elan ediləcəyini və nələri ehtiva edəcəyini dəqiqləşdirməyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr