AZ

Prokrastiniya xəstəlik deyil

“Gecikmə, vacib olan işləri sonraya saxlamaq, vaxtdan səmərəli istifadə etməmək deməkdir. Bu proses zamanı insan zamanını nə dincəlməyə, nə də işləməyə sərf edir. Misal olaraq, tələbə imtahana hazırlaşmaq əvəzinə telefonla oynayır, kompüterin arxasında oturur, yemək yeyir və s. Prokrastiniya xəstəlik deyil, lakin müalicə tələb edir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoruYeganə Əsgərova bildib. Onun sözlərinə görə, bu sindrom anadangəlmə deyil, sonradan yaranır.
Buna səbəb olan faktorlar:
1.Sevmədiyiniz məşğuliyyət: iş, təhsil və digər məşğul olmaq istəmədiyiniz işlər.
2. Vaxtdan düzgün istifadə etməmək.
3. Məqsədsiz işlə məşğul olmaq.
4. Çətin işdən qorxmaq.
5. Qərar qəbul etməkdə çətinlik çəkmək.
6. Yorğunluq.
Psixoloq qeyd edib ki, prokrastinasiya ilə mübarizə fərdi xarakter daşıyır. Bu mübarizəni insan özü öz daxilində aparmalıdır. Bununla yanaşı, bəzi ümumi məsləhətlərə də riayət etmək lazımdır: “Əgər işiniz hal-hazırda getmirsə, onda işinizi bir qədər sonraya saxlayın. İstirahət prokrastinasiya ilə mübarizədə və onun müalicəsində ən düzgün vasitədir. Görmək istəmədiyiniz böyük və ağır işi bir neçə kiçik hissəyə bölərək yerinə yetirin. Ayırdığınız hər bir hissəni fasilələrlə yerinə yetirin. Sizi işdən yayındıran faktorları (telefon, komyuter və s.) məhdudlaşdırın. Gördüyünüz işin maddi və mənəvi tərəflərini müəyyən edin. Əgər bunun öhdəsindən özünüz gələ bilmirsinizsə, mütəxəssislərə müraciət edə bilərsiniz”, - deyə psixoloq Yeganə Əsgərova söhbətə yekun vurub.

Afət Tahirqızı

Seçilən
5
1
sia.az

2Mənbələr