Müğənni Günel Zeynalova keçmiş nişanlısı, iş adamı Reza Zərrab və türkiyəli həmkarı Ebru Gündeşlə aralarındakı küsülülükdən danışıb.
Viral.az xəbər verir ki, 106.3 FM-də qonaq olan sənətçi zamanın çox şeyi dəyişdirdiyini bildirib: “Zaman keçdikcə kinim, əsəbim bitdi. Ebru Gündeşi də, onu da bağışladım”.
Günel plastik əməliyyat iddialarına da cavab verib: “Məndə estetik var? Bir burnum, bir də dodağımdır. Deyirlər, yanağını da düzəltdirmisən, üzünü dəyişdirmisən. Allah bilir ki, heç nə yoxdur”.
Son Yazılar:
- “Ebru ilə Rezanı bağışladım…”
- İsmayıllıda oğul atasını BIÇAQLADI
- Yenidən inşa edilən tikili II dəfə söküldü
Qeyd edək ki, Günel ilə R.Zərrab nişanlı olan ərəfədə E.Gündeş onunla eşq yaşayıb. Daha sonra Ebru və Reza ailə qurub, bir neçə il əvvəl isə ayrılıblar. Onların bu nikahdan bir qız övladı var.
Əslən Cənubi Azərbaycandan olan tanınmış iş adamı Reza Zerrab bu ilin yanvar ayında Dilara Altıntop adlı menecerlə ailə həyatı qurub. Hətta onların Mayamidə 3 gün 3 gecə toy etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu (Qafqazinfo).