Belarusun 23 vətəndaşı iyunun 16-da İrandan təxliyə edilib.Missiya.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidməti məlumat yayıb.
"Belarus vətəndaşlarının iki qrupu (ümumilikdə 23 nəfər) iyunun 16-da İran İslam Respublikasından uğurla çıxıblar. Belarus vətəndaşları ilə birlikdə İranı üç Rusiya vətəndaşı da tərk edib", - deyə vurğulanıb.
Belarus xarici siyasət idarəsi vətəndaşlarının təxliyəsi üçün yaradılmış şərait və imkana görə Azərbaycana minnətdarlığını bildirib.
Zərintac MayisqızıMissiya.Az