AZ

12 rusiyalı alim Bakıdan Moskvaya təxliyə edilib

Yaxın Şərqdə münaqişənin kəskinləşməsi ilə əlaqədar Tehranı tərk etməyə məcbur olan 12 rusiyalı alim iyunun 16-da Bakıdan Moskvaya gəlib. Bu barədə “TASS” agentliyi Qorçakov adına İctimai Diplomatiya Fondunun mətbuat katibi Alena İsakovaya istinadən məlumat yayıb.

"Bu gün Qorçakov Fondunun elmi nümayəndə heyətinin 12 üzvü Bakıdan Moskvaya gəlib", - məlumatda deyilir.

Alimlər Tehranda keçirilən “BRICS Təhsil Ekspedisiyası”nda iştirak ediblər. Alimlərin Rusiyaya qaytarılması fondun nümayəndələrinin koordinasiyası ilə həyata keçirilib. Eyni zamanda, İsakova dəqiqləşdirdi ki, daha iki alim iyunun 17-də Rusiya Federasiyasına qayıtmalıdır.

Almaz Həsənli

Seçilən
5
1
oxumeni.az

2Mənbələr