AZ

İsraildə polis İranın zərbələrini lentə almaq istəyən operatorları saxlayıb

İsrailin Hayfa şəhərində polis İrandan gözlənilən yeni raket hücumunu lentə almağı planlaşdıran bir qrup operatoru saxlayıb.

Bu barədə İsrail polisinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarına bir neçə nəfərin yerli mehmanxananın otağının eyvanına toplaşaraq Hayfanın atəşə tutulması ərəfəsində kameralar quraşdırdığı barədə siqnal daxil olub. Onlar obyektivlərini əvvəllər İranın zərbələrə məruz qoyduğu Hayfa dəniz limanına yönəldiblər.

Hadisə yerinə gələn polis həmin şəxsləri dindirilmək üçün saxlayıb və avadanlıqlarını müsadirə edib.

Açıqlamada qeyd olunub ki, tədbirlər İranın davamlı zərbələri kontekstində Müdafiə Nazirliyi və İsrail Polisinin Baş Müfəttişinin göstərişlərinə uyğun olaraq həyata keçirilib.

Bu işlə bağlı məlumatlar araşdırma üçün Baş Təhlükəsizlik Xidmətinə verilib.
 
 

Seçilən
15
4
7news.az

10Mənbələr