AZ

Bu gün UEFA Avropa Liqasında püşkatmadı

Finss.az - Bu gün UEFA Avropa Liqasında 2024/25 mövsümünün 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Tədbir İsveçrənin Nyon şəhərində baş tutacaq.

Azərbaycan kubokunun qalibi “Sabah” FK da bu mərhələdə iştirak edəcək və bu gün rəqibi müəyyənləşəcək. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq püşkatmada “Sabah” səpələnməmişlər səbətində yer alıb. Bu isə o deməkdir ki, komanda daha yüksək reytinqə malik aşağıdakı 8 klubdan biri ilə qarşılaşacaq:

  • “Hapoel” (Beer-Şeva, İsrail)

  • “Şaxtyor” (Donetsk, Ukrayna)

  • “Partizan” (Serbiya)

  • “Legiya” (Polşa)

  • ÇFR (Kluj, Rumıniya)

  • “Spartak” (Trnava, Slovakiya)

  • “Selje” (Sloveniya)

  • “Şerif” (Moldova)

Qeyd edək ki, “Sabah” ilk oyunu 10 iyulda, cavab qarşılaşmasını isə 17 iyulda keçirəcək.

Azərbaycanın avrokuboklardakı digər təmsilçiləri – “Qarabağ” (Çempionlar Liqası), “Zirə” və “Araz-Naxçıvan” (Konfrans Liqası) isə sabah püşkatmaya çıxacaqlar. Onların rəqibləri 18 iyun tarixində məlum olacaq.

Seçilən
15
fins.az

1Mənbələr