AZ

BMT 3500 işçisini ixtisar edəcək


BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) 3500-ə yaxın əməkdaşı təşkilatın xərclərinin azaldılması tədbirləri çərçivəsində işdən çıxarılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat qurumun saytında öz əksini tapıb.
Məlumata görə, komissarlığın rəhbərliyi bütün dünyada ofislərini bağlamağa və işçilərini ixtisar etməyə məcburdur.
Xüsusilə, Cenevrədəki baş qərargahlarda və regional ofislərdə yüksək vəzifəli şəxslərin demək olar ki, 50%-i ixtisar ediləcək.
“Ümumilikdə 3500-ə yaxın ştat vahidi ixtisar ediləcək”, - deyə mətndə qeyd edilib.
Bundan əlavə, yüzlərlə müvəqqəti işçi də maliyyə çatışmazlığı səbəbindən təşkilatı tərk etmək məcburiyyətində qalacaq.
Seçilən
6
1
yeniavaz.com

2Mənbələr