Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp deyib ki, onun Kanadada keçirilən G7 sammitini tərk etməsi Yaxın Şərq nizamlanması üzrə işlə bağlı deyil. Bundan əvvəl Ağ Evin mətbuat katibi Karolin Levitt bildirmişdi ki, Amerika administrasiyasının rəhbəri “Yaxın Şərqdə baş verənlərə görə” Vaşinqtona qayıdır.
Donald Tramp Truth Social-da yazıb: “Pubilikaya can atan Fransa prezidenti Emmanuel Makron səhvən bəyan etdi ki, mən sammiti Vaşinqtona qayıtmaq və İsraillə İran arasında “barış” üzərində işləmək üçün tərk etmişəm. "Doğru deyil!"
Cənab Trampın sözlərinə görə, fransalı həmkarının ABŞ-a niyə qayıtması barədə “heç bir fikri yoxdur”, “amma bu, mütləq barışıqla bağlı deyil”.
O, yazısını “Emmanuel həmişə səhv edir” sözləri ilə yekunlaşdırıb.
S.ELAY
XQ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.