AZ

Saçı hər gün yumaqzərərlidir?

Bəzi insanlar saçlarını hər gün yumağa üstünlük verirlər.

Redaktor.az xəbər verir ki, dermatoloq Şilpi Xetarpal açıqlamasında bu vərdişin müəyyən hallarda faydalı ola biləcəyini bildirib.

Onun sözlərinə görə, gündəlik saç yuma yalnız iki halda tövsiyə olunur. Əgər şəxsin dərisi yağlıdırsa və ya saçları nazikdirsə. Bu tip saç və dəriyə sahib insanlar üçün gündəlik yuma saç dərisinin sağlamlığını qorumağa kömək edə bilər.

Əksinə, quru, qalın və buruq saçlara sahib olan insanlara isə Xetarpal saçlarını hər gün yumağı məsləhət görmür. Bu cür saç tipi üçün bir neçə gündə bir dəfə saç yumaq daha uyğundur.

Mütəxəssis əlavə edib ki, idmanla aktiv şəkildə məşğul olanlar və ya çirkli mühitdə yaşayan şəxslər saçlarını daha tez-tez yumalıdırlar.

Sonda o xəbərdarlıq edib ki, saçların çox nadir hallarda yuyulması qaşınma, seboreik dermatit, kəpək kimi problemlərə səbəb ola bilər və nəticədə saçlar kövrəkləşərək tökülməyə başlayar.

Aytəkin TOFİQQIZI

Seçilən
4
1
redaktor.az

2Mənbələr