AZ

İsrail 30-a yaxın dronu məhv edib

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri ötən gecə ərzində İsrailəhədəflənmiş 30-a yaxın dronu vurub.

Trend xəbər verirki, bu barədə İsrailin Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata görə, dronların çoxu Israil sərhədlərindəzərərsizləşdirilib, bir neçəsinin isə Qolan Təpələri bölgəsindəvurulduğu bildirilir.

Bundan başqa, IDF rəsmi “X” səhifəsində dronlardan birininİsrail HHQ-a aid helikopter tərəfindən vurulmağını əks etdirəngörüntü yayılıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb

Məqalədə:
Seçilən
9
8
az.trend.az

10Mənbələr