AZ

Kiyevdə Rusiya zərbəsi nəticəsində ən azı 14 nəfər həlak olub

Kiyevdə (Ukrayna) Rusiya hava zərbələri nəticəsində ən azı 14 nəfər həlak olub.
Bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko öz Telegram kanalında bildirib.

"İlkin məlumata görə, Kiyevdə artıq 14 nəfər həlak olub. Məlumat dəqiqləşdiriləcək", - deyə o yazıb.

Kiyev ŞHA rəhbərinin sözlərinə görə, Ukraynanın paytaxtı növbəti ağır gecəni yaşayıb. Hazırda zərbə yerində operativ xidmətlər işləyir.

"İndi zərbələrdən birinin yerindəyəm. Xilasedicilər, tibb işçiləri, polis, könüllülər. Hamı ehtiyacı olanlara kömək etmək və xilas etmək üçün maksimum əlaqəli şəkildə hərəkət edir. Bu gün yanımızda olan hər kəsə təşəkkür edirəm - dağıntılar altından çıxaranlara, dəstək olanlara, hər şeyə baxmayaraq dözənlərə", - deyə o təşəkkür edib.
 
 
 

 
 

Seçilən
3
3
7news.az

4Mənbələr