AZ

İranda hakimiyyət dəyişəcək? - RƏY

İran və İsrail arasında son günlərdə artan gərginlik, bölgədə geosiyasi tarazlığı sarsıdan əsas amillərdən biridir. İran daxilində etirazların olub-olmaması qəzərli mövzu olaraq qalır. 

 

Maraqlıdır ki, İran İsrail müharibəsindən sonra İran rəhbərliyinə qarşı xalq etirazlarının artması ehtimalı varmı? İranın siyasi nüfuzu beynəlxalq səviyyədə azala bilərmi?
 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov İsrailin İrana hərbi hücumunun, xüsusilə də onun strateji və iqtisadi obyektlərinə zərbələr endirməsinin əhali arasında əhval-ruhiyyənin dəyişməsinə səbəb ola biləcəyini deyib. 

 

 

Onun sözlərinə görə, bu, İran üçün ilk belə təcrübə deyil:

 

“Tarixdən məlumdur ki, 1980–1988-ci illərdə baş verən İran–İraq müharibəsi zamanı da ölkə xarici təhlükə ilə üz-üzə qalmışdı. Həmin dövrdə İran İslam Respublikası yeni qurulmuşdu və cəmiyyətdə rejimə qarşı müəyyən narazılıqlar mövcud idi. Buna baxmayaraq, bu narazılıqlar hakimiyyətin dəyişməsinə gətirib çıxarmadı”.

 

Politoloq İran kimi böyük ölkələrdə müharibə və ya xarici təhdid şəraitində cəmiyyət, istər-istəməz, iqtidarın ətrafında birləşdiyini və mövcud rejimə qarşı deyil, xarici düşmənə qarşı səfərbər olduğunu qeyd edib.

 

O bildirib ki, bu dəfə də oxşar ssenari müşahidə olunacaq:

 

“Bu, dəfələrlə sübut olunmuş bir qanunauyğunluqdur. Ona görə də İsrailin hücumu nəticəsində İranda xalqın rejim dəyişikliyi yönündə hərəkətə keçəcəyi ehtimalı real görünmür. Mövcud situasiyada İran cəmiyyəti xarici təhdidə qarşı vahid mövqedə dayanmalı və milli birliyi qorumağa çalışacaq”.

 

Fidan Hacızadə
Sfera.az

 

Seçilən
10
sfera.az

1Mənbələr