AZ

Nazirlik: Eşitmə qabiliyyəti məhdud şəxslər arasında təhsilə maraq artmaqdadır

“Əqli və eşitmə qabiliyyəti qismən məhdud olan şəxslərin təhsilə cəlb olunması üçün Təhsil Nazirliyi nəzdində xüsusi müəssisələr fəaliyyət göstərir. Bu müəssisələrdə bu sahədə ixtisaslaşmış mütəxəssislər çalışır və fərdi yanaşmalar tətbiq edilir”.

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin sədr müavini Həbib Kərimov “Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq” adlı tədbirdə deyib.

"Hazırda bu tip müəssisələrdə təhsil alan uşaqların sayı 171 və 551 nəfər təşkil edir. Görmə qabiliyyəti məhdud olan şəxslər üçün fəaliyyət göstərən xüsusi müəssisələrdə isə 308 nəfər şagird təhsilə cəlb olunub.

Qismən məhdud olan şəxslərin hər il 7 8 nəfər məzun olur. Eyni zamanda son 3-4 ildə eşitmə qabiliyyəti məhdud olan 30-dan çox şəxs kolleclərdə təhsil davam etdirib. 596 bal toplayan görmə qabiliyyəti olmayan şəxsimiz var. Onlar respublikamızın bir sıra universitetlərində təhsil alır. Qismən məhdud funksional imkanlara malik şəxslər arasında hər il təxminən 7–8 nəfər məzun olur. Bu məzunlar təhsillərini davam etdirmək üçün müxtəlif istiqamətlər üzrə təhsil müəssisələrinə üz tuturlar”, - Həbib Kərimov deyib.

O qeyd edib ki, eşitmə qabiliyyəti məhdud olan şəxslər arasında da təhsilə maraq artmaqdadır: “Son 3–4 il ərzində 30-dan çox belə şəxs müxtəlif kolleclərdə təhsilini davam etdirib. Bu, inklüziv təhsilin inkişafı istiqamətində görülən işlərin müsbət nəticəsidir".

Sədr müavini son olaraq bildirib ki, görmə qabiliyyəti olmayan bir vətəndaşımız qəbul imtahanlarında yüksək nəticə – 596 bal toplayaraq diqqət çəkib. Hazırda bu vətəndaşımız da daxil olmaqla görmə məhdudiyyəti olan bir sıra şəxslər respublikamızın müxtəlif universitetlərində ali təhsil alırlar.

Seçilən
11
apa.az

1Mənbələr