AZ

İranın yüksək rütbəli komandiri öldürüldü

İyunun 13-də İsrailin İrana "Yüksək Aslan" hücumu və İranın cavab tədbirləri ilə başlayan müharibə 5-ci günündə də davam edir.

News24.az NTV-yə istinadən xəbər verir ki, İsrailin hücumları nəticəsində İran Baş Qərargah rəisi Baqeri və İnqilab Keşikçiləri Korpusunun komandiri Səlami kimi yüksək rütbəli hərbçilərin də olduğu azı 224 nəfər həyatını itirib, 1277 nəfər yaralanıb.

İran da İsrailin “Yüksək Aslan” hücumuna cavab olaraq “Əsl vəd 3” adlandırdığı cavab tədbiri həyata keçirib.

Yüzlərlə ballistik və hipersəs raketinin, eləcə də pilotsuz uçuş aparatının (PUA) atıldığı hücum Tel-Əviv, Qüds və Hayfada partlayışlara səbəb olub.

İranın İsrailin "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemini aşması nəticəsində İsraildə 24 nəfər ölüb, 592 nəfər yaralanıb.

***

İran mətbuatında yer alan xəbərlərə görə, İsrailin Kaşanda təşkil etdiyi hücumda 5 nəfər həlak olub.

 ***

İsrail Müdafiə Qüvvələri (IDF) İranın daha bir yüksək rütbəli komandirini öldürdüyünü iddia edib.

Reuters xəbər agentliyinin məlumatına görə, İsrail İranın ali komandiri kimi təsvir etdiyi Əli Şadmanini öldürdüyünü iddia edib.

Əl-Cəzirə xəbər saytının məlumatına görə, İsrail İran İnqilab Keşikçiləri Korpusunun Xatəmul Ənbiya Mərkəzi Qərargahının komandiri Şadmanini öldürdüyünü iddia edib. İsrailin bəyanatında Şadmaninin İranın dini lideri Ayətullah Əli Xamenei ilə "ən yaxın adam" olduğu bildirilir.

Şadmani bu vəzifəyə İsrailin Xatamul Ənbiya Mərkəzi Qərargahının keçmiş komandiri Qulam Əli Rəşidi öldürməsindən sonra təyin edilib. Şadmaninin İran ordusunun fövqəladə və müharibə vaxtı komandiri olduğu bildirilir.

***

Reuters xəbər agentliyinə danışan şahidlər İsrailin Təl-Əviv şəhərində partlayış səslərinin eşidildiyini bildiriblər. Agentliyin məlumatına görə, şəhərin şimalında yerləşən Herzliyada güclü partlayışlar baş verir.

İsrailin "Haaretz" qəzeti də İrandan atılan raketlər səbəbilə ölkə daxilində sirenlər çalmağa başladığını yazıb. Qüdsdə və İsrailin daxili hissəsində partlayış səslərinin eşidildiyi bildirilib. İsrailin fövqəladə hallar xidməti MADA bildirdi ki, ilkin məlumatlara görə, İsrailin daxili hissəsi birbaşa zərbə alıb.

İsrail ordusu da İrandan ölkə ərazisinə atılan raketləri aşkarladığını bildirib. Ordunun açıqlamasında hava hücumundan müdafiə sistemlərinin hücumların qarşısını almağa çalışdığı bildirilib.

Bəyanatda insanların sığınacaqlara həyəcan siqnalları ilə getmələri, Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etmələri qeyd edilib. İsrail mətbuatı ölkənin mərkəzi və şimal bölgələrində həyəcan siqnallarının işə salındığını bildirib.

Günel Məlikzadə

Seçilən
6
news24.az

1Mənbələr