AZ

BMT-də yeni gün təsis edilib

BMT Baş Assambleyası dekabrın 4-nün Beynəlxalq Birtərəfli Sanksiyalarla Mübarizə Günü kimi qeyd edilməsinə dair qətnamə qəbul edib. Bu barədə Tass agentlini Venesuela Prezidenti Nikolas Maduronun bəyanatına istinadan yazıb. 

"BMT Baş Assambleyasında böyük qələbə: Venesuelanın və BMT Nizamnaməsinin müdafiəçiləri qrupuna daxil olan ölkələrin təklifi ilə bizim insanlıq kimi hər hansı birtərəfli sanksiyalardan və ya birtərəfli məcburi tədbirlərdən imtina etməyimizə dair qətnamə qəbul edildi. Bu ildən etibarən hər ilin dekabrında Birtərəfli Mübarizə ilə Ümumdünya Günü təsis ediləcək", - prezident deyib. 

 Venesuelanın BMT-dəki nümayəndəsinin sözlərinə görə, Karakasın təşəbbüsü və 116 ölkə tərəfindən dəstəklənən qətnamə beynəlxalq hüququn normalarından yayınan, suverenlik, bərabərlik və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini pozan məcburi tədbirləri pisləyir.

Gülnar 

Seçilən
0
1
anews.az

2Mənbələr