AZ

Daha bir İran generalı öldürüldü


İsrail hücumları nəticəsində daha bir İran generalı öldürülüb. Bu barədə İran mediası xəbər yayıb. Bildirilir ki, İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) “Xatəmül Ənbiya” qoşununun mərkəzi qərargahının rəisi general Əli Şadmani İsrailin hücumu nəticəsində ölüb.
İran mətbuatının yazdığına görə, o, İranın lideri ayətullah Seyid Əli Xaməneiyə ən yaxın olan ən yüksək rütbəli hərbi komandanlardan biri idi. Əli Şadmani Silahlı Qüvvələrin fövqəladə komandanlığının komandiri vəzifəsini tuturdu. O, İslam İnqilabı Keşikçiləri Qvardiyasına və İran ordusuna komandanlıq edib.

Mətləb

Seçilən
1
7
baki-xeber.com

8Mənbələr