AZ

KDÇ-2025: "İnter" Ramosun komandasına qarşı

Bu gün ABŞ-də təşkil edilən klublarası dünya çempionatında birinci tur çərçivəsində növbəti oyunlar keçiriləcək.

Publika.az xəbər verir ki, günün ilk qarşılaşmasında F qrupunda Almaniya təmsilçisi “Borussiya Dortmund” Braziliyanın “Fluminense” klubu ilə üz-üzə gələcək. Görüş saat 20:00-da başlayacaq.

Daha sonra meydana F qrupunda yer alan “River Pleyt” (Argentina) və “Urava Reds” (Yaponiya) komandaları çıxacaq. Bu matçın start fiti 23:00-da veriləcək.

Digər 2 qarşılaşma gecə yarısı baş tutacaq. 02:00-da başlayacaq matçda Cənubi Koreynın “Ulsan” və Cənubi Afrika Respublikasının “Mamelodi Saunders” klubları görüşəcək.

Turnirin favoritlərindən olan İtaliya “İnter”i isə dünya və Avropa çempionu Serxio Ramosun kapitanı olduğu “Monterrey”lə qarşılaşacaq. Milan klubunun Meksiya təmsilçisi ilə dueli 05:00-da baş tutacaq.

KDÇ-2025: 1-ci tur

17-18 iyun

E qrupu

Seçilən
9
publika.az

1Mənbələr