Bakı. Trend
Yaponiyanın Tottori prefekturaında yerləşən Matanoqava suelektrik stansiyasının ərazisində yerləşən tuneldə partlayışolub.
Trend bubarədəxarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, hadisə barədə yanğın-mühafizə xidmətinəstansiyanın əməkdaşlarından biri xəbər verib. Onun sözlərinə görə,tuneldə alov müşahidə olunmasa da, içəri qatı tüstüyə bürünüb.
Zərərçəkənlərin olmadığı bildirilir.
Hadisə yerinə səfərbər olunmuş yanğınsöndürənlər və polisqəzanın səbəbini araşdırmağa çalışır.