Azərbaycanın iki klubuna texniki məğlubiyyət verilib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
AFFA U-17 Liqasında keçirilməli olan "Turan Tovuz" - "Dinamo" oyunu qonaqların nəzərdə tutulmuş vaxtda meydanda olmadığı üçün baş tutmayıb. Bu səbəbdən "Dinamo"ya 0:3 hesablı texniki məğlubiyyət verilib.
AFFA U-12 Liqasında keçirilməli olan "Kürdəmir" - "İsmayıllı" matçı isə meydan sahiblərinin nəzərdə tutulmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb. Nəticədə "Kürdəmir" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib
“Neftçi”də ayrılıq - RƏSMİ
Azər Salahlı: “Azərbaycandan və ölkə xaricindən təkliflərim var”
Elçin Məsiyev Avropa çempionatının matçına təyinat alıb
“Qarabağ” Bolqarıstanda keçirilən beynəlxalq turnirin qalibi olub
Gəncənin MDB-nin idman paytaxtı seçilməsi münasibətilə tədbir keçirilib