Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfər edəcəyi barədə məlumatlar yayılıb. Səfərin dəqiq tarixi barədə məlumat verilməsə də, İrəvanda hakimiyyət dairələri hesab edirlər ki, bu səfər Ermənistan üçün mühüm əhəmiyyət kəsb edəcək. Bəzi xarici KİV-lər iddia edirlər ki, Paşinyanın Türkiyə səfəti zamanı əsas müzakirə mövzusu Ermənistanla Azərbaycan arasında sülh müqaviləsijin imzalanması, eləcə də İrəvan-Ankara münasibətlərinin normallaşaması olacaq. Bəs görəsən gözlənilən səfər barədə Azərbaycanda nə düşünürlər?
Milli Məclisin deputatı Nəsib Məhəməliyev mümkün səfər barədə Newscenter.az-a verdiyi açıqlamada bildirib ki, hazırda beynəlxalq gündəlik İran-İsrail qarşıdırması ilə zəbt olunub. Millət vəkilinin sözlərinə görə, hətta Rusiya-Ukrayna müharibəsi arxa plana keçib:
"Ona görə də, düşünmürəm ki, indiki vəziyyətdə Paşinyanın Türkiyə səfəri, regional problemlərin həllinə gətirib çıxarsın. Onun səfəri, daha çox ikitərəfli əlaqələr, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına fokuslanıb".
Süleyman