ABŞ-ın İsraildəki səfirliyi İranla İsrail arasında artan gərginlik səbəbindən bütün əməkdaşlarına və ailələrinə sığınacaqlarda qalmaq göstərişi verib.
Publika.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi “X” hesabında açıqlama verilib.
Bildirilib ki, ikinci bir xəbərdarlığa qədər heç kim təhlükəsiz yeri tərk etməməlidir. Hazırda “Ben Qurion” hava limanının bağlı olduğu, limanların da fəaliyyət göstərmədiyi qeyd olunub.
Səfirlik əlavə edib ki, bu mərhələdə İsraili tərk etmək istəyən ABŞ vətəndaşlarına yardım göstərmək mümkün deyil. Əlavə olaraq, təhlükəsizlik səbəbindən səfirlik bu gün fəaliyyət göstərməyəcək.