ABŞ prezidenti Donald Tramp İranın yeraltı nüvə obyektini hədəfə almaq üçün İsrailə güclü bunkerə qarşı bombalar ötürmək imkanını nəzərdən keçirir.
REPORTOR.tv xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Axios” portalı məlumat yayıb.
Məlumata görə, məqsəd İranın Fordo şəhərində yerləşən və yüksək səviyyədə qorunan uranın zənginləşdirilməsi obyektini məhv etməkdir. Tramp administrasiyasına yaxın mənbənin sözlərinə görə, bu təklif həm hərbi zərbə potensialı, həm də siyasi təzyiq vasitəsi kimi qiymətləndirilir.
“Tramp razılaşma və təzyiq rıçaqları ilə düşünməyi sevir. Bu, onun üçün güclü bir təzyiq alətidir”, - deyə mənbə bildirib.
Xatırladaq ki, Fordo obyektinin yerin dərin qatlarında yerləşməsi onu adi silahlarla vurulmaz edir. Yalnız bunkerə qarşı xüsusi bombalar bu obyektə real zərbə endirə bilər.
Ekspertlər bu qərarın həyata keçirilməsinin ABŞ-İran münasibətlərində və Yaxın Şərqdə vəziyyəti kəskin şəkildə gərginləşdirəcəyini bildirirlər.
Musavat.com
Məşhur psixoloqun qızı yüksək balla universitetə qəbul oldu (foto) » www.REPORTOR.tv
Putin Kim Çen Inla yeni sövdələşmədə: Şoyqunu yenə Pxenyana göndərdi » www.REPORTOR.tv
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta