AZ

"Gözünüzə girsin sizin oyununuz" - Məktəb direktorundan "Son zəng"də sərt çıxış - VİDEO

Sumqayıt şəhəri Ş.İ.Xətai adına 30 nömrəli tam orta məktəbdə keçirilən "Son zəng" mərasimi zamanı xoşagəlməz hadisə baş verib.

Milli.Az xəbər verir ki, tədbir zamanı məzunlar əyləncə məqsədilə rəngli tüstü istifadə ediblər.

Bu vəziyyət məktəb rəhbərliyi tərəfindən narazılıqla qarşılanıb.

Məktəbin direktoru Fəridə Cəlilova tədbiri yarımçıq saxlayaraq polisin tədbirə müdaxilə etməməsinə etiraz edib və sərt şəkildə məzunlara irad bildirib. O, şagirdlərə qarşı kəskin ifadələr işlədərək tədbiri rəsmi olaraq dayandırdığını və valideynlərə "Artıq hər şey bitdi, evlərinizə gedə bilərsiniz" deyərək mərasimi yekunlaşdırıb.

Hadisə ilə bağlı məktəblə əlaqə saxlamaq mümkün olmayıb. 

Tədbirdən əldə olunan görüntüləri təqdim edirik:

Asya
Milli.Az 

Seçilən
2
2
milli.az

3Mənbələr