UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” - “Aris” oyunöncəsi mətbuat konfransları və açıq məşqlərinin vaxtı müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, “Aris” komandasının mətbuat konfransı iyulun 23-də saat 17:00-da başlanacaq.
Mətbuatda konfransından sonra, daha doğrusu saat 18-də yunanların ilk 15 dəqiqəsi media üçün açıq məşqi start götürəcək.
"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev və bir futbolcu isə saat 19-da jurnaslitlər önünə çıxacaqlar.
Saat 19:30-da Naxçıvan təmsilçisinin ilk 15 dəqiqəsi media üçün açıq məşqi başlanacaq.
Hər iki komandanın mətbuat konfransları və məşqləri “Dalğa Arena”da keçiriləcək.