AZ

Ukrayna təsdiqlədi: Qazancın bir hissəsini ABŞ alacaq

Ukrayna ABŞ ilə imzalanmış mədən sazişi çərçivəsində ilk konkret layihə olan ölkənin litium yataqlarından birinin işlənməsinə başlamaq üçün ilk addımları təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti iki Ukrayna mənbəsinə istinadən yazıb.

Məlumata görə, Ukrayna bazar ertəsi Dobra yatağında litium hasilatı üçün layihə təkliflərinin hazırlanmasına başlamaq barədə razılığa gəlib. Bu yataq mühüm mineral ehtiyatlar sahəsində strateji tərəfdaşlıq haqqında yeni saziş çərçivəsində prioritet kimi qiymətləndirilir.

Daha əvvəl əldə edilmiş razılaşmaya əsasən, faydalı qazıntıların hasilatından əldə olunan gəlirin yarısı ABŞ və Ukrayna arasında yaradılacaq birgə investisiya fonduna köçürüləcək. Vəsaitlərin Ukrayna iqtisadiyyatına yenidən yatırılması planlaşdırılır, ABŞ isə qazancın bir hissəsini alacaq. Donald Tramp bu planı “qaytarılan yardım” adlandırıb.

Seçilən
10
publika.az

1Mənbələr