Birləşmiş Ştatlar İrana zərbə endirmək niyyətində deyil, lakin regiondakı şəxsi maraqlarını müdafiə edəcək.
Yenisabah.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü Son Parnell bildirib.
O, "X" sosial şəbəkəsində yazıb: "Amerika ordusu müdafiə mövqeyində qalır və bu mövqe dəyişməyib. Biz Amerika qüvvələrini və maraqlarımızı müdafiə edəcəyik".
Bundan əvvəl Pentaqon rəhbəri Pit Heqset ABŞ-nin müdafiə əməliyyatları üçün Yaxın Şərqə əlavə qüvvələr göndərdiyini bildirmişdi.
Telegram kanalımız