
2024-2025-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin(BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 43 777 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə yerdəyişməsi aparılıb.
Bu barədə 1news.az-a BŞTİ-dən məlumat verilib.
Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.