AZ

G7 Trampsız Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək

G7 liderləri iyunun 17-də tədbiri erkən tərk edən ABŞ Prezidenti Donald Tramp olmadan Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək.

Aktual.az xəbər verir ki, bu barədə "Politiko” məlumat yayıb.

"Tədbirdə qalan liderlər bu gün Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə diqqət yetirəcək. Qonaqlar arasında Vladimir Zelenskinin də olacağı gözlənilir”, - məlumatda deyilib.

Qeyd olunub ki, Tramp sammit zamanı açıq şəkildə yeni tədbirlərin tətbiqinə razı olmayacağını deyib:

"Sanksiyalar baha başa gəlir və bunu birinci avropalılar etməlidir”.

Seçilən
3
2
ulusum.az

3Mənbələr