AZ

Kənd təsərrüfatı naziri Daşkəsəndə vətəndaşların müraciətlərini dinləyəcək

Bakı, 17 iyun, AZƏRTAC

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyunun 20-də saat 9-da Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarından olan vətəndaşları qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən Gəncə və Naftalan şəhərlər, Daşkəsən, Göygöl, Samux, Goranboy rayonlarının sakinləri Daşkəsən DAİM-ə (055-775-83-22) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Seçilən
1
6
azertag.az

9Mənbələr