AZ

İsrail İrana qarşı "sürprizlər" HAZIRLAYIR - “Peycer əməliyyatı sadə görünəcək!”

İsrail İrana qarşı yeni bir əməliyyat hazırlayıb ki, bu fonda 2024-cü ildə Livanda radikal “Hizbullah” təşkilatının üzvlərinin peycerlərin kütləvi şəkildə partladılması “demək olar ki, sadə bir hadisə” kimi görünəcək.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter Amerika televiziyası "Merit Street"ə açıqlamasında bildirib.

“Bir neçə sürpriz hazırlamışıq. Toz-duman çəkiləndən sonra, cümə axşamı və cümə günü siz elə sürprizlər görəcəksiniz ki, peycer əməliyyatı onların fonunda demək olar ki, sadə görünəcək”, – deyə Leyter bildirib.

Qeyd edək ki, 2024-cü ilin 17 və 18 sentyabr tarixlərində Livanın müxtəlif bölgələrində əsasən peycer və rabitə cihazlarının partladılması nəticəsində çoxsaylı partlayış baş verib.

Livan rəsmilərinin məlumatına görə, hadisə nəticəsində 37 nəfər həlak olub, 3 mindən çox insan yaralanıb.

“Hizbullah” partlayışların məsuliyyətini İsrailin üzərinə qoyub. Daha sonra İsrailin rəsmi nümayəndələri əməliyyatın ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyini təsdiqləyiblər.

Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr