“Qəbələ” futbol klubunun yay hazırlıq planı bəlli olub.
Apasport.az xəbər verir ki, komanda iyunun 30-da Qəbələdə təlim-məşq toplanışına başlayacaq.
Hazırlıq prosesinin ilk mərhələsi 14 gün davam edəcək.
Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb. Hazırlıq matçları iyunun 6-da və 14-də baş tutacaq. İkinci yoxlama oyunu “Şamaxı”ya qarşı keçiriləcək.
Təlim-məşq toplanışının ikinci mərhələsinə iyunun 14-də start veriləcək. Avqustun 8-dək Qəbələdə davam edəcək hazırlıq dövründə daha 5 oyunun keçirilməsi planlaşdırılır. Rəqiblər və matçların vaxtı hələlik məlum deyil.
“Şamaxı” “Qəbələ” ilə qarşılaşacaq
“Neftçi” çempion oldu - MÜKAFATLANDIRILDI
“Neftçi”də ayrılıq - RƏSMİ
Azər Salahlı: “Azərbaycandan və ölkə xaricindən təkliflərim var”
Elçin Məsiyev Avropa çempionatının matçına təyinat alıb