AZ

Aleksandr Novak: Neft qiymətləri əksər istehsalçıları qane etmir

“Bazar şoklarının” təsiri azaldıqca dünya bazarında neft qiymətləri yüksələcək.

APA-Economics”in “Vedomosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, neftin hazırkı dünya qiymətləri əksər əsas istehsalçıları qane etmir.

“Neftin hazırkı dünya qiymətləri ticarət müharibələrinin və geosiyasi gərginliyin artan amili nəzərə alınmaqla mövcud bazar konyukturasının qısamüddətli nəticəsidir və əksər əsas neft istehsalçılarını qane etmir. Odur ki, neft qiymətlərində “bazar şoklarının” təsiri azaldıqca düzəliş olacaq və yüksəliş dinamikasına yönələcək”, - Aleksandr Novak qeyd edib.

Seçilən
12
4
apa.az

5Mənbələr