Rusiyada dəhşətli cinayət hadisəsinin üstü açılıb. Belə ki, Moskva Vəkillər Kollegiyasının üzvü olan Sergey Zuyev saxlanılıb. Onun barəsində adam öldürmə, dələduzluq, cinayətləri gizlətmə maddələri ilə cinayət işi açılıb. Rusiya Federasiyasının Moskva İstintaq Komitəsinin mətbuat xidməti bununla bağlı təfərrüatları özünün Telegram kanalında yayıb.
"İstintaq belə hesab edir ki, 2024-cü ilin oktyabrında Zuev Moskvanın Solneçnoqorsk rayonundakı bağ evində müştəri ilə içki içərək əmlak satmaq üçün sövdələşməni müzakirə edirmiş. Müəyyən məqamda münaqişə yaranıb və vəkil tanışını bıçaqlayaraq öldürüb. Sonra isə o, baş verənlərdən xəbərsiz olan dostundan əlində olan bir “yükün” vəkilin təsərrüfatı olan əraziyə daşınmasına köməklik etməsini istəyib. Orada cəsədi heyvanların kremasiyası üçün nəzərdə tutulan sobada yandırıblar", -məlumatda qeyd edilib.
Yerli medianın yaydığı məlumata görə, öldürülən şəxsin adı Andrey Tereşkin olub və Zuyev ondan Krasnoqorskda mənzil almaq istəyibmiş. Kişinin ölümündən sonra vəkil digər şərikinin köməyi ilə onun evini, eləcə də başqa əmlakını ümumilikdə 5 milyon rubla satıb. O, öldürülən şəxsin digər mənzilindən də pul qazanmaq istəyib, lakin Tereşkinin qayınanası proseslərdən şübhələnərək həyəcan təbili çalıb. Qadın hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra cani vəkil saxlanılıb.
Tural