AZ

İsrail-İran müharibəsində yeni mərhələ: Kiber savaş güclənir

İsrail və İran arasındakı müharibə artıq kiber məkana da keçib. Saxta xəbərdarlıqlar, planlanmış kiber hücumlar və rəqəmsal əməliyyatlar münaqişənin yeni sahələrdə də genişləndiyini göstərir.

 

Sfera.az xəbər verir ki, İsrailin Milli Kibertəhlükəsizlik İdarəsi son günlərdə ölkə vətəndaşlarına saxta fövqəladə siqnallar göndərildiyini bildirib.

 

Kibertəhlükəsizlik şirkəti “Radware”nin məlumatına görə, İsrail İranla münaqişəyə başladıqdan sonra ölkəyə qarşı kiber hücumlar 700 faiz artıb. Hücumlar əsasən dövlət saytlarını, bankları, telekommunikasiya və enerji infrastrukturlarını hədəfə alıb.

 

İsrailin “8200-ci Birlik” adlı elektron kəşfiyyat bölməsi İran daxilində bir sıra əməliyyatlar aparıb. Bu bölmə HƏMAS liderinin izlənməsi, Hizbullah üzvlərinin cihazlarının partladılması, iranlı yüksək rütbəli hərbçilərin öldürülməsi və nüvə alimlərinin ünvanlarının müəyyənləşdirilməsi kimi gizli əməliyyatlara rəhbərlik edib.

 

“Google Cloud Security” rəsmiləri xəbərdarlıq edir ki, İranla bağlı haker qrupları hazırda daha koordinasiyalı və aqressiv fəaliyyət göstərir. Ekspertlər hesab edirlər ki, yaxın günlərdə kiber sahə müharibənin nəticəsini müəyyən edə biləcək əsas cəbhəyə çevrilə bilər.

 

Beləliklə, İsrail-İran qarşıdurması artıq yalnız hərbi deyil, rəqəmsal müstəvidə də davam edir, müasir dövrün texnoloji imkanlarını tam əhatə edən çoxşaxəli savaşa çevrilməkdədir.

 

Bəsti Rəfizadə

Sfera.az

Seçilən
6
1
sfera.az

2Mənbələr