AZ

"Həmişə qaçmışam, indi də qaçıram" - Paşinyan

Ermənistan parlamentinin həyətində jurnalistlərlə Baş nazir Nikol Paşinyan arasında maraqlı dialoq yaşanıb. 

News24.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Jurnalistlər Paşinyanın iqtidar partiyanın üzvləri ilə söhbəti bitirməsini gözləyiblər ki, ona sual verə bilsinlər, lakin Nikol Paşinyan sualları cavablandırmadan ərazidən uzaqlaşıb. 

Müxbirlərin ondan niyə suallardan yayındığını soruşmasına Paşinyan belə cavab verib: "Mən ənənəvi olaraq qaçmışam, indi də qaçıram". /unikal


Seçilən
2
2
news24.az

3Mənbələr