Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün gündəlik qlobal neft tələbatının artım tempi üzrə proqnozunu azaldıb.
Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına istinadən xəbər verir.
Proqnoza əsasən, bu il gündəlik qlobal neftə olan tələbat 0,72 mln. barel artaraq 103,76 mln. barel təşkil edəcək (öncəki proqnoz – 103,9 mln. barel)
Hesabatda qeyd olunur ki, 2026-cı ildə gündəlik qlobal neft tələbatının artım tempinin 0,74 mln. barel olacağı ehtimal olunur.