AZ

İran niyə həmişə gecə hücuma keçir? Səbəbləri bəlli oldu

İran-İsrail müharibəsi beşinci günündə davam edərkən, İranın gecə saatlarında raket hücumlarına başlaması diqqətdən kənarda qalmayıb.

Turkustan.az xəbər verir ki, İsrailin “The Jerusalem Post” qəzeti İranın raket hücumları üçün gecə vaxtını seçməsinin təsadüf olmadığını irəli sürüb. Məlumata görə, Tehranın gecənin qaranlığında həyata keçirdiyi hücumlar gizlilik, təəccüb və qorxu kimi elementləri ehtiva edən hərbi doktrinanı əks etdirir.

Lakin məqsəd təkcə psixoloji müharibədə üstünlük əldə etmək deyil. İranın hücumlarına başlamaq üçün gecəni gözləməsi də bəzi texniki ehtiyaclardan qaynaqlanır. Çünki raketlər təyyarələrdən fərqli olaraq hərəkət üçün atmosferdəki oksigendən asılı deyil. Bunun səbəbi ballistik raketlərin oksigenin olmadığı və ya olduqca nadir olduğu yüksək hündürlüklərdə uçmasıdır.

RAKETLƏR MAYE YANACAQ İLƏ İDARƏ EDİLİR
Ona görə də hər bir raket yanacaqla bərabər oksidləşdirici maddələr də daşımalıdır. “The Jerusalem Post”un yazdığına görə, İranın uzaqmənzilli raketləri adətən maye yanacaqla işləyir.

BAŞLAMAYA HAZIRLANMAQ VAXT ALIR
Belə raketlərin buraxılmağa hazır olması üçün vaxt lazımdır. Yanacaq və oksidləşdirici çox ehtiyatla raketin içərisinə yerləşdirilməlidir. Bu, yanacaq doldurma mərhələsində İran ordusunu İsrailin peykləri və kəşfiyyat təyyarələri qarşısında həssas edir.

İran aşkarlanma və hücum riskini azaltmaq üçün yanacaq doldurma əməliyyatlarını daha çox gecələr həyata keçirir və buna görə də görmə qabiliyyətinin aşağı olduğu və havadan aşkarlanma imkanının əhəmiyyətli dərəcədə azaldığı vaxtlarda gecə hücumlarına üstünlük verir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
10
1
turkustan.az

2Mənbələr