Ağdam. Trend:
Kənd əhalisinin Sarıcalıda rahat çalışa bilməsi üçün Sarıcalıkəndinin ətrafında kənd təsərrüfatı təyinatlı torpaqlar minadantəmizlənməlidir.
Trend xəbərverir ki, bunu Azərbaycan Respublikasının MinatəmizləməAgentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovdeyib.
Onun sözlərinə görə, “Böyük Qayıdış” planına uyğun olaraq,işğaldan azad edilmiş ərazilərə əhalinin köçürülərəkməskunlaşdırılması prosesi artıq başlayıb. Birinci mərhələçərçivəsində Sarıcalı kəndinin ərazisi minalardan təmizlənib:
“Sarıcalı kəndi keçmiş təmas xəttinə yaxın ərazilərdən biridir.Təxminən 30 il ərzində bu ərazilər minalanmışdı və burada yüksəkdərəcədə mina çirklənməsi mövcuddur. Lakin qüvvələrimiz bu sahədəkifayət qədər uğurla çalışırlar. Hazırda "SARICALI 008" sahəsindəişlər demək olar ki, yekunlaşmaq üzrədir. Təmizləmə başa çatdıqdansonra növbəti əraziyə keçid olacaq”.
ANAMA İdarə Heyətinin sədri xatırladıb ki, 44 günlük Vətənmüharibəsindən sonra Ağdam rayonu üzrə 35 min hektara yaxın ərazimina və partlamamış hərbi sursatlardan təmizlənib:
“Minatəmizləmə fəaliyyəti işğaldan azad edilmiş bütünrayonlarda, o cümlədən Qazax rayonunda da icra olunur. Bu günədək206 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardantam şəkildə təmizlənib. Ümumilikdə 199 minə yaxın mina vəpartlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib”.
V. Süleymanov əlavə edib ki, partlayışlar həyata keçirilərkənyaxınlıqda yerləşən tikililərin və ərazidə olan insanlarıntəhlükəsizliyinə və rahatlığına xüsusi diqqət yetirilir.