İranın dini lideri Əli Xamineyinin müşaviri Əli Şəriətmədarinin baş redaktoru olduğu “Keyhan” qəzeti İsraillə müharibənin bitməsi üçün daha bir şərt barədə yazıb. Tribunainfo.az xəbər verir ki, nəşr “Müharibənin bitməsinin şərti hücumların dayandırılması deyil, İsrailin məhv edilməsidir” yazıb.
Məqalədə qeyd edilir ki, hazırkı müharibə ağıl və texnologiyanın genişmiqyaslı döyüşüdür. “İran bu ikisinə də sahibdir”.
Fərda Uğur