AZ

"Bitcoin" qiyməti kəskin artdı - SON QİYMƏT

Yaxın Şərqdəki gərginlik fonunda investorların panik satışları nəticəsində bitkoin qiyməti cəmi bir neçə gün öncə 104 min dollara qədər geriləmişdi.

Əsas səbəb kimi İran-İsrail münaqişəsinin alovlanması göstərilirdi. Lakin görünən odur ki, bazar bu gərginliyə uyğunlaşaraq yenidən artım trayektoriyasına keçib.

Yenisabah.az xəbər verir ki, hazırda Bitcoin-in qiyməti $107,128.74 səviyyəsindədir və son 24 saatda 0.57% artım nümayiş etdirib. Bu da göstərir ki, qlobal qeyri-müəyyənliklərə baxmayaraq, investorlar bitkoini "rəqəmsal sığınacaq" kimi görməyə davam edirlər.

İlin əvvəlindən bəri bitkoin artıq 13.46 % bahalaşıb, bazar dəyəri isə $2.13 trilyon dollara çatıb. Ticarət dövriyyəsində də ciddi artım var – son 24 saatda $54 milyardlıq bitkoin hərəkət edib.

Analitiklər qeyd edirlər ki, əgər siyasi risklər dərinləşsə belə, bitkoinin məhdud təklifə malik olması (maksimum 21 milyon BTC) ona qarşı tələbi artırmağa davam edəcək.

“Cebheinfo.az”

Seçilən
1
2
cebheinfo.az

3Mənbələr