AZ

Türkiyədə təhsil alan tələbəni şantaj etməkdə təqsirləndirilən şəxs barəsində qərar verilib

Türkiyənin Kayseri şəhərində fəaliyyət göstərmiş Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Əlixan Məhərrəmlinin barəsində olan hökmdən verilən kassasiya şikayəti və dövlət ittihamçısının verdiyi kasaasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı məhkəmədən apellyasiya məhkəməsinin işi düzgün araşdırmadığını və yenidən araşdırılması üçün işi apellyasiya məhkəməsinə göndərilməsini xahiş edib.

Məhkəmə qərar qəbul edib. Qərara əsasən, kassasiya şikayəti və protesti təmin edilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Əlixan Məhərrəmli 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Təqsirləndirilən şəxs Türkiyədə təhsil alan tələbəni “qeyri-qanuni” hərəkətləri ilə şantaj edərək ondan 68 min manat tələb edib. Ona qarşı 178.3.2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
14
1
apa.az

2Mənbələr